Xəbər lenti

Zakir Həsənovdan yeni təyinat
Ölkə18:19 28.06.2014

Zakir Həsənovdan yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın müdafiə naziri general-polkovnik Zaki Həsənov Vasif Kazımovu Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyət üzrə müavini vəzifəsinə təyin edib.

Bundan başqa Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Hava Hücumundan Müdafiə idarəsinin rəisi, polkovnik Natiq Əhmədəliyevi vəzifəsindən azad edib.

Qaynar.info-nun xəbərinə görə, məlumatı xeberdar.az saytı yayıb.

N. Əhmədəliyev Bakıda daha aşağı vəzifəyə "N" saylı hərbi hissəyə əməliyyat növbətçisi təyin edilib. N. Əhmədəliyevin səlahiyyətlərinin icrası isə idarənin qərargah rəisi polkovnik Namiq Bayramova həvalə edilib. Faktı Müdafiə nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Vasif Kazımova bir neçə gün bundan əvvəl prezident İlham Əliyevin imzaladığı sərəncamla general-mayor rütbəsi verilib.