İctimai Televiziya və Radio Yayımları şirkətinə növbəti transfer AZTV –dən deyil, Müdafiə Nazirliyindən olub.
Qaynar.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Zakir Həsənovun Müdafiə naziri təyin edilməsindən sonra qurumun mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev İTV-yə keçib.
O, şirkətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi təyin olunub. İnterpress.az-a məsələni təsdiqləyən Teymur Abdullayev yaxın günlərdə bu barədə əlavə məlumatın veriləcəyini deyib. Qeyd edək ki, dekabrin 2-si işdən çıxarılmayanadək İTV-də bu vəzifəni Tahir Məmmədov icra edib.
Lakin Cəmil Quliyevin İTV-yə rəhbər seçilməsindən sonra faktiki olaraq onun səlahiyyətləri dondurulmuşdu , İTV-də bu vəzifəni dolayısı ilə Akif Cabbarov icra edirdi və ictimaiyyətlə əlaqələr şöbəsinə də məhz onun rəis təyin olunacağı gözlənilirdi.