Xəbər lenti

Zakir Qaralov Elşad Abdullayevin qardaşından danışdı
Ölkə07:01 01.10.2013

Zakir Qaralov Elşad Abdullayevin qardaşından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın baş prokuroru Zakir Qaralov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsində şöbə prokuroru vəzifəsində çalışan, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qardaşı Elsevər Abdullayev barədə xüsusi qərardada münasibət bildirib.

Baş prokuror Zakir Qaralov APA-nın sualına cavab olaraq deyib ki, Elsevər Abdullayevin məsələsi ilə bağlı araşdırmalar aparılır. Z. Qaralov, Elsevər Abdullayevun hələ də prokurorluq orqanlarında çalışdığını deyib.

 Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesində sabiq rektorun qardaşı Elsevər Abdullayevin barəsində xüsusi qərardad çıxarıb.
 
Məhkəmə onun əməllərinin araşdırılıb, qiymət verilməsi üçün qərardadın Baş Prokurorluğa göndərilməsini elan edib.
 
Bir qədər sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin Elsevər Abdullayev barəsində çıxardığı  xüsusi qərardadın hələ ki Baş Prokurorluğa göndərilməyi açıqlanıb. Buna səbəb isə iş adamı Arzu Kazımov barəsində olan hökmün qanuni qüvvəyə minməməsidir.

Qaynar.info