Xəbər lenti

Zamin durduğuna görə həbs edilən qadından yeni xəbər
Ölkə08:40 25.10.2017

Zamin durduğuna görə həbs edilən qadından yeni xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Atabank"ın sifarişi ilə borca görə həbs edilən zamin azadlığa buraxılıb. "Qaynarinfo" xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov yazıb. 
O bildirib ki, Lalə Bunyatovanın işi üzrə şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov baxıb: 
"Hakim, Sabunçu rayon məhkəməsinin həbs qərarını araşdırmanın düzgün aparılmaması səbəbi ilə ləğv etdi və işi geri qaytardı. Lalə xanımı da iclas zalında azad etdi! Bu, ölkə tarixində borca görə həbsin ilk ləğvi oldu. Hamını təbrik edirəm!".
Qaynarinfo.Az