
19:47
Zamin Hacı Bakı Şəhər Baş Polis İdarəsindən çıxıb.
Polis idarəsindən çıxdıqdan sonra Qaynar.info-ya danışan yazar bildirib ki, onu facebook-da yazdığı statusa görə çağırıblar. Baş Polis İdarəsində general-mayor Elxan Seyidovla yazdığım status barəsində bir xeyli söhbətimiz oldu. Elxan Seyidov bildirdi ki, bu cür yazılar yazmaq düzgün deyil. Bəziləri bundan istifadə edib, təxribat törədə bilərlər. Mən isə bildirdim ki, bu fikirlər kimsəni qızışdırmayıb. Sadəcə, insanları gözləyən təhlükə barədə xəbərdar etmişəm. Bu mövzuda bir az söhbət etdikdən sonra idarədən çıxdım.
Zamin Hacı bildirib ki,ona hər hansı xəbərdarlıq edilməyib.
Tanımış köşə yazarı Zamin Hacı Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb.
Bu barədə məlumatı Qaynar.info-ya yazarın özü verib.
Zamin Hacı bildirib ki, hansı məqsədlə polisə çağrıldığı barədə məlumatı yoxdur:"Hazırda idarəyə gedirəm. Yanımda "Yeni Müsavat" qəzetinin hüquqi nümayəndəsi Vaqif Hüseyinli var"
İddialara görə isə tanımış yazarı bu gün facebook səhifəsində paylaşdığı bu yazıya görə çağırıblar:"Yanğın qablaşdırmasından çıxın.Sizi öz həyatınızı xilas eləməyə - binalarınızı üzlədikləri yanar konstruksiyaları sökməyə çağırıram. Bu, mitinq-filan deyil, heç Qarabağ da deyil. Birbaşa öz uşaqlarınızın həyatıdır. Sökün, xilas olun. Nə qədər gec deyil."
Elkin Xəlilov
Qaynar.info