Xəbər lenti

Zamin Hacı polisə niyə çağrılıb? - YENİLƏNİB
Ölkə19:05 28.11.2016

Zamin Hacı polisə niyə çağrılıb? - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Yeni Müsavat" qəzetinin tanınmış köşə yazarı Zamin Hacı Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə yazar özünün "facebook" səhifəsindən məlumat yayıb. 

Qaynarinfo.Az-a açıqlama verən jurnalist bildirib ki, hansı səbəbdən çağırdılqarı barədə məlumat verilməyib:" Saat 5-də orda olmalıyam. Deyirlər, istintaq idarəsinin rəisi Nazim müəllim sizinlə görüşmək istəyir. Amma hansı səbəbdən görmək istəyir bunu demədilər"

Zamin Hacı həmçinin qeyd etdi ki, onun yaşayış ünvanına rəsmi çağırış vərəqisi də göndərilməyib.

Qeyd edək ki, bir neçə ay öncə köşə yazarını BŞBPİ-yə çağırmış, Facebook statusu ilə bağlı xəbərdarlıq etmişdilər.

***

Jurnalist, onu müşayiət edən vəkil Elçin Sadıqov və "Yeni Müsavat"ın hüquqşünası Vaqif Hüseynlə birlikdə  BŞBPİ-yə gediblər. Təxminən 70 dəqiqə çəkən söhbətin ardından köşə yazarımız və onu müşayiət edən hüquqşünaslar Bakı polisinin mərkəzi binasından ayrılıblar. 

Zamin Hacı musavat.com-a deyib ki, onu, keçən dəfə olduğu kimi, BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılov qəbul edib. Ondan başqa, söhbətdə DİN rəhbərliyinin təmsilçisi də iştirak edib. Köşə yazarına polisin fəaliyyətinə kölgə salan statuslar yazdığına görə iradlar bildirilib. Zamin Hacı deyib ki, yazıçı Rafiq Tağının ildönümü günündə "Facebook"dakı səhifəsində üstü açılmayan qətllərlə bağlı status yazıbmış. Orada son illərdə törədilmiş siyasi və başqa xarakterli qətllərlə bağlı istintaq orqanlarını qınayan fikirlər yazıb.   

Köşə yazarı deyib ki, polis zabitləri ilə mədəni polemika aparıb, onların arqumentlərini dinləyib, özünün fikirlərini müdafiə edib. 

Qeyd edək ki, bir neçə ay öncə köşə yazarını BŞBPİ-yə çağırmış, "Facebook" statusu ilə bağlı xəbərdarlıq etmişdilər.

Qaynarinfo.Az