Xəbər lenti

Zaqatala və İmişlidən yanğın hadisəsi baş verib
Ölkə05:40 09.05.2016

Zaqatala və İmişlidən yanğın hadisəsi baş verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Zaqatalada və İmişlidə yanğın hadisəsi qeydə alınıb.

Qaynarinfo.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zaqatala şəhərində  vətəndaşa məxsus həyətyanı sahədə, ümumi sahəsi 16 kv.m olan hamamın dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə yanıb. Hamamın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 03:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İmişli rayonu, Bəcirəvan kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə və həyətyanı sahəyə yığılmış 3 ton ot tayasının 1 tonu yanıb. Evin və ot tayasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynarinfo.az