Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 helikopteri yanğınsöndürmə işlərini davam etdirir.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, FHN-in 100 nəfər şəxsi heyəti, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət daha 100 nəfər yanğının söndürülməsində iştirak edir.
Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nurlan Şabanov "Report"un yerli bürosuna bildirib ki, yanğın 10 hektar ərazini əhatə edir. Yanğın nəticəsində kol-kos, qurumuş ot və yıxılmış ağaclar yanır.
Hazırda yanğın davam edir.
09:51
Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Qaynarinfo xəbər verir ki, yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.
Hazırda yanğınsöndürmə işləri aparılır.
Qeyd edək ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.