Xəbər lenti

Zaqatalada canavarların hücumu - VİDEO
Ölkə12:11 08.10.2016

Zaqatalada canavarların hücumu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaqatalanın Muxax kəndində canavar xırdabuynuzlu heyvanlara hücum çəkib.
Qaynarinfo.Az ARB Şəki-yə istinadən xəbər verir ki, gecə saat 4 radələrində itin hürməsinə həyətə çıxan Fərman Eminov mal tövləsində xırdabuynuzlu heyvanların canavar hücumuna məruz qaldığını görüb.
Tövlədə olan 18 baş xırdabuynuzlu heyvandan üçü ölüb, digər üçü isə yaralanıb. Fərman Eminov hadisə ilə bağlı rayon Baytarlıq idarəsinə məlumat verib. İdarənin əməkdaşları əraziyə cəlb olunub. Heyvanlardan quduzluqla bağlı nümunələr götürülüb. Ölmüş və yaralanmış heyvanların təlimata uyğun məhv ediləcəyi bildirilib.
Qaynarinfo.Az