Xəbər lenti

Zaqatalada evdə meyiti tapılan hərbçinin fotosu
Ölkə 10:10 18.07.2025

Zaqatalada evdə meyiti tapılan hərbçinin fotosu

Zaqatalada 24 yaşlı hərbçinin meyiti tapılıb.

Qaynarinfo xəbər verir ki, rayona məzuniyyətə gələn N saylı hərbi hissənin hərbi qulluqçusu, Aşağı Tala kənd sakini 24 yaşlı Abbasov Aslan Xanlar oğlunun meyiti yaşadığı evdə aşkar edilib. Onun rayona məzuniyyətə gəldiyi bildirilir və intihar etdiyi ehtimal olunur.

Mərhum Naxçıvanda xidmət edirmiş. Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Qaynarinfo "Zaqatala news"a istinadən hərbçinin fotosunu təqdim edir.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->