Xəbər lenti

Zaqatalada göbələkdən zəhərlənən ailənin daha bir üzvü dünyasını dəyişdi
Ölkə12:27 28.10.2013

Zaqatalada göbələkdən zəhərlənən ailənin daha bir üzvü dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaqatalada göbələkdən zəhərlənən ailənin daha bir üzvü dünyasını dəyişib.

Qaynar.info
-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 23-də Zaqatala rayonu Yuxarı Tala kənd sakini Məhəmməd Balaşov evindən qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib və oktyabrın 26-da orada ölüb.
 
Qeyd edək ki, oktyabr ayının 23-də də Zaqatala rayonundan göbələkdən zəhərlənmə faktı qeydə alınıb.
 
Rayonun Yuxarı Tala kənd sakinləri, bir ailənin 4 üzvü - 1968-ci il təvəllüdlü Balaşov Seyfullah Həsən oğlu, onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Həmzəyeva Mehriban Qurban qızı və iki azyaşlı övladları - 2003-cü il təvəllüdlü Balaşova Zümrüd Seyfullah qızı və 2005-ci il təvəllüdlü Balaşov Məhəmməd Seyfullah oğlu göbələk və xaş yedikdən sonra güclü zəhərlənmə diaqnozu ilə Zaqatala MRX-a daxil olub. Zümrüd Balaşovadan başqa, ailənin 3 üzvü müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
 
10 yaşlı Zümrüd Balaşova isə həkimlərin səyinə baxmayaraq, oktyabrın 25-də Zaqatala MRX-nın reanimasiya şöbəsində keçinib.

Qaynar.info