Anar Zeynalov kapitan rütbəsində sahə müvəkkilidir.
Zaqatalada polis əməkdaşı bıçaqlanıb.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən xəbərə görə, axşam saat 19:35 radələrində Anar Zeynalov boğaz və kürək nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub. O, hal-hazırda cərrahiyyə şöbəsindədir, üzərində əməliyyat aparılır.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Zaqatala rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Anar Zeynalov Zaqatala RPŞ əməkdaşıdır, kapitan rütbəsində sahə müvəkkilidir.