Xəbər lenti

Zaqatalada yol qəzası daha bir gəncin həyatına son qoydu
Ölkə10:18 29.08.2013

Zaqatalada yol qəzası daha bir gəncin həyatına son qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dəhşətli qəza, Zaqatala-Yevlax-Balakən magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində ayeroport yaxınlığında qeyd olunub.

1987-ci il təvəllüdlü Zaqatala rayon Göyəm kənd sakini Nuriyev İlkin Şərif oğlunun idarə etdiyi VAZ 21099 markalı 57-BN-839 dövlət nişan nömrəli avtomobil, 1985-ci il təvəllüdlü Şəki rayon sakini Mustafayev Mehman Malik oğlunun idarə etdiyi Opel markalı 90 –XJ-269 dövlət nişan nömrəli avtomobil ilə toqquşub. Nəticədə hər iki maşının sürücüsü idarəetməni itirib. İlkin Nuriyevin idarə etdiyi maşın yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Və İlkin Nuriyev yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı Zaqatal rayon polis şöbəsində araşdırma aparılır. 

Tural Mahmudov

Qaynarinfo.Az