Bakı-Quba yolunda qəza baş verib.
"Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində, Zarat polis postunun yaxınlığında baş verib.
"Mercedes” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 4 nəfər xəsarət alıb.
Qəza yerinə təcili tibbi yardım avtomobili ilə tibbi briqada göndərilib.
Faktla bağlı araşdırma aparılır.