Xəbər lenti

Zaur Mikayılov digər qudasına da yüksək vəzifə verib (YENİLƏNİB)
Ölkə07:58 07.06.2024

Zaur Mikayılov digər qudasına da yüksək vəzifə verib (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, Zaur Mikayılov daha bir qudasını özünə müşavir təyin edib.
Belə ki, o, qudası Şirinov Əsəd Əli oğlunu müşavir vəzifəsinə gətirib.
 
11:58
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni Aparat rəhbəri təyin edilib.
Qaynarinfo manşet.az-a istinadən xəbər verir ki, agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.
Fuad Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri agentliyin sədri Zaur Mikayılovun qudasıdır.