Xalq.az saytının və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin direktoru Zaur Mirzəzadə bəraətverici əsaslarla azadlığa buraxılıb.
Bu barədə Qaynarinfo-ya jurnalistin özü bildirib.
"Nəhayət, haqq-ədalət öz yerini tapdı. Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimli ədalətli qərar verərək, mənim heç bir təqsirimin olmadığını ortaya qoydu və bəraətverici əsaslarla azadlığa buraxdı”, deyə Zaur Mirzəzadə bildirib.
Xatırladaq ki, Zaur Mirzəzadə və daha 4 nəfər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilsə də, dövlət ittihamçısı protesti əsasında Bakı Apellyasiya Məhkəməsi 5 il müddətinə azadlıqdan məhrum etmişdi. Jurnalist isə hökmdən narazı qalaaraq Ali Məhkəməyə kassasiya şikayəti vermişdi. Mirzəzadənin şikayəti təmin edilib və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdi.
Seyid