
Bu gün N!DA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının həbsindən bir il ötür.
Qaynar.info gənc fəalın bioqrafiyasını oxuculara təqdim edir.
Qurbanlı Zaur Araz oğlu 12 yanvar, 1987-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Şəki şəhər 17 saylı orta məktəb və Şəki Fizika və Riyaziyyat təmayüllü litseydə alan Zaur, bu illərdə tarix fənni üzrə dəfələrlə respublika birincisi olmuş, litseyi fərqlənmə atestatı ilə bitiribr. Zaur-Qurbanli 2003-ci ildə 665 balla Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakultəsinə qəbul olub. 2007-ci ildə təhsilini bitirmiş və elə həmin ildə həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci il fevral ayında yaradılmış NİDA Vətəndaş Hərəkatının təsisçilərindən biri olub. Təşkilatda fəaliyyət göstərdiyi müddətdə 2 dəfə İdarə Heyətinə seçilmiş və Layihələr üzrə koordinator olub. 2013-cü il 12 yanvar tarixindən Azad Yazarlar Ocağının üzvüdür.
Həmçinin bloggerlik fəaliyyəti ilə məşğul olan Zaur Qurbanlı siyasi fəaliyyəti səbəbindən 1 aprel 2013-cü il tarixində Zaur Qurbanlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə, daha sonra Nəsimi rayon Məhkəməsinə aparılmış, barəsində AR CM-nin 228.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Hal-hazırda həbsdədir.
Qaynar.info