İkinci Qarabağ müharibəsində əldə olunan qələbə münasibətilə qeyd edilən 8 Noyabr - Zəfər günü ilə bağlı əfv sərəncamı verilə bilər.
Bu barədə Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
Onun sözlərinə görə, əfvlə bağlı konkret hazırlıqlar yoxdur:
"Amma bilmək olmaz, bu gün və ya sabah nəsə bir məlumat ola bilər. Biz belə bir sərəncamın olmasına böyük ümidlər bəsləyirik”.
Bahar Rüstəmli