"Zəfər Günü ilə bağlı əfv sərəncamının verilməsi gözlənilmir".
Bunu Qaynarinfo-ya açıqlamasında Prezident yanında Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O bildirib ki, bu gün cəmiyyətdə əfv sərəncamının verilməsi ilə bağlı gözləntilər var:
"Nəzərə alsaq ki, əfv sərəncamı bir neçə ay əvvəl imzalanıb. Ona görə də bu il ərzində yeni bir Əfv sərəncamının verilməsi gözlənilmir”.
Əliməmməd Nuriyev əlavə edib ki, əfvetmə Prezidentin kontitutsion səlahiyyətidir:
"Prezident hər zaman əfv sərəncamı imzalaya bilər. Hazırda Zəfər Günü ilə bağlı komissiyada iclaslar keçirilmir”.
Bahar Rüstəmli
Şərhlər