Xəbər lenti

Zəfər Quliyevin anım mərasimi...
Ölkə10:47 12.02.2015

Zəfər Quliyevin anım mərasimi...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 15-də  Müsavat Partiyasının qərargahında mərhum politoloq Zəfər Quliyevin anım mərasimi keçiriləcək. 

Mərasim təşəbbüsçüləri Müsavat Partiyası, Milli Strateji Düşüncə Mərkəzi, “Yeni Müsavat” qəzeti, Minval.az saytı və “El” hərəkatıdır.

Anım mərasimində Zəfər Quliyev haqqında filmin nümayişi nəzərdə tutulur. Filmin müəllifi Zəfər Quliyevin oğlu İlkin Zəfərlidir. İ. Zəfərlinin “Yeni Müsavat”a verdiyi açıqlamaya görə, filmdə politoloqun müxtəlif zamanlarda çəkilən video-foto görüntüləri ilə yanaşı, dostlarının xatirələri də yer alıb.

Zəfər Quliyev yanvarın 29-da müalicə üçün getdiyi  Tiflisdə vəfat edib.

Qaynar.info