Foto 18:33 14.03.2022

“Zəfər tarixi” layihəsi - şagirdlər Qarabağın təbiəti və mədəni abidələri barədə məlumatlandılar

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Zəngilan rayonu 13 nömrəli tam orta məktəbdə "Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsi çərçivəsində fəaliyyət planına uyğun olaraq "İşğaldan azad olunmuş ərazilərin tarixi, coğrafiyası, flora və faunası, eləcə də mədəni abidələri haqqında” təlim  təşkil etdi.

Tədbir başlamamışdan əvvəl şagirdlər qeydiyyatdan keçdilər.

Sonra layihə rəhbəri Əli Cəfərov iştirakçıları salamladı və tədbiri açıq elan etdi. Tədbir iştirakçıların Azərbaycan Respublikasının himnini ayaq üstə oxumaları ilə başladı. O, 44 günlük Vətən savaşında, ümumiyyətlə Qarabağ və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin xatirəsini yad etmək məqsədi ilə hamını ehtiramla bir dəqiqəlik sayqı duruşuna dəvət etdi. Demokratiyanın və Milli Dəyərlərin Təbliği-İB  sədri Əli Cəfərov bildirdi ki, layihə Azərbaycan Respublikası QHT Dövət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. O, belə vətənpərvərliyin təbliğinə hesablanmış bir mövzuya qrant ayırdığına görə bir daha Agentliyə öz təşəkkürünü ifadə etdi. 

Şagirdlərlə qısa tanışlıqdan sonra layihə rəhbəri təlimin məqsəd və vəzifələri haqqında bir daha şagirdlərə qısa məlumat verdi: ”layihənin həyata keçirilməsindən əsas məqsəd mövzunun ana xəttini istisnasız olaraq təşkil edən vətənpərvərliyin təbliği, Zəfər tariximizin təfsilatlı şəkildə sizlərin və digər yaş qrupundan olan vətəndaşlarımızın şüurunda daha da möhkəmlənməsinə nail olmaqla yanaşı,  yüksək intellektual potensiallı Azərbaycan gəncliyinin yetişdirilməsi prosesinə təkan vermək, vətənpərvərlik ideologiyasından istifadə etməklə daxili aləmlərinizdə böyük yaradıcı potensialları gizlənən şagirdlərin fitri qabiliyyətlərinin üzə çıxarılması üçün münbit şəraitin yaranmasında vasitəçi olmaq, innovativ resurslardan istifadə edərək haqq işimizi, Qarabağdakı Zəfərimizi və bu zəfəri zərurətə çevirən amilləri faktların dili ilə ölkəmizdə və dünya arenasında müdafiə edə biləcək Azərbaycan vətəndaşlarının yetişdirilməsi prosesinin iştirakçısına çevrilməkdən ibarətdir”.

Daha sonra Əli Cəfərov 1990-cı ildən ermənilərinı və onların havadarlarının dövlətimizə və millətimizə qarşı apardıqları haqsız savaşdan söz açaraq bildirdi ki, haqlı olmağımıza baxmayaraq dünya bizə, mədəniyyətimizə qarşı edilən soyqırıma göz yumur, ermənilərlə bizə fərqli, ikili standartlarla yanaşırdı. Halbuki işğal olunan ərazilərimizdə tarix-mədəniyət abidələrimiz ya dağıdılaraq izləri silinib, ya da erməni abidələri adı altında saxtalaşdırılıblar. Bu ərazilərdə 100-dən çox tarixi mədəni abidələrimiz məhv edilib. Biz haqq işimizi daim aparmışıq və hər il Mədəniyyət Nazirliyimiz işğal altındakı ərazilərdə tarixi-mədəniyyət abidələrinin dağıdılmasına dair hesabat hazırlayaraq YUNESKO-ya təqdim edib. Amma həm YUNESKO həm də AB bu məsələyə biganə yanaşaraq ortaya heç bir konkret mövqe qoymadılar. Təsüflər olsun kı, Avropa parlamenti məsələyə ikili standartlardan yanaşdı. Bu yaxınlarda onlar yalançı qətnamə qəbul edərək bildiriblər kı, güya biz Qarabağda ermənı mədəni irsi  dağıdıb məhv etmişik. Məlumunuz olsun kı, ermənilərin Qarabağda heç bir mədəni abidələri olmayıb. Onlar XVIII əsrin sonralarında ora köçürülüblər. 30 il ərzində ermənilər bizim mədəni irsimizi dağıdıb , amma bu hallarla bağlı AP bir dəfədə olsun reasiya verməyib.

Bu qısa, giriş xarakterli çıxışdan sonra komkret faktların dili ilə şagirdlərə izahlar verilməsi məqsədilə söz təlimçi Həqiqət müəlliməyə verildi. Təlimçi Zəfər tarixi ilə bağlı uşaqların biliklərini yoxlamaq məqsədilə uşaqlara aşağıdakı sualları verdi: İşgal altında olan ərazilərin florası deyəndə nə başa düşürsünüz?, "Xarı bülbül” deyəndə nə başa düşürsünüz?, Hansı rayonlarımız ermənilər tərəfindən işğal olunmuşdu?, Şuşa şəhəri haqqında nə bilirsiniz?, 44 günlük vətən savaşı nə zaman başladı?, Asudə vaxt nədir?,  Qarabağ ərazisindəkı mədəni abidələrimiz haqqında nə deyə bilərsiz? və s. suallar verməklə şagirdləri mövzuya istiqamətləndirdi. Sagirdlərdən Quluzadə Nigar, Dəmirzadə Fidan, Əhmədov Ziyad və Abbaszadə Yusif suallara dolğun cavablar verdilər.

Daha sonra təlimçı dağıdılmış mədəni abidələr haqqında məlumat verərək bildirdi kı, Şuşada 8 muzey dağıdılıb, məhv edilib. Bunlardan Üzeyir Hacıbəyovun , Bülbülün, Natəvanın ev muzeyləri, Şuşa və Xankəndindəki diyarşunaslıq muzeyləri və s. qeyd etmək olar. Eyni zamanda Ağdamın məşhur Çörək muzeyi və Tarix diyarşünaslıq muzeyləri məhv edilib. Bundan əlavə olaraq erməni vandalları Zəngilan və Qubadlı diyarşunaslıq muzeylərini də dağıdıb talan ediblər. 

İşğal olunmuş ərazilərimizdə mədəni irsin məhv olunmasından danışan təlimçi bildirdi kı, İşğal altındakı Azərbaycan ərazilərində qalan tarix-mədəniyyət abidələrinin əksəriyyəti SSRİ dövründə sənədləşdirilməmiş qalmışdı  ki, bu da sovet hakimiyyətinin Azərbaycana qarşı qərəzli siyasətinin bir hissəsi idi. İşğala qədər isə Azərbaycan tərəfi bu ərazilərdə 8 dünya, 166 ölkə və 588 yerli əhəmiyyətli abidə qeydə alınmışdı. Dağlıq Qarabağ və ona bitişik rayonlarda mövcud olan minlərlə tarixi abidə isə rəsmi qeydiyyatdan kənarda qalıb. Nəticədə ermənilər bu abidələri öz adlarına rəsmləşdirmək üçün fürsət əldə etmişdilər. Son illərdə Qarabağda alban dövrünə aid 100-ə yaxın ibadətgaha erməni kilsəsi statusu vermişdilər. Təkcə 2006-cı ildə ermənilər tərəfindən Şuşa şəhəri ətrafında 500-dən çox abidə "erməni abidəsi” kimi qeydiyyata almışdılar.

Sonra təlimçi şagirdlərin mövzunu necə mənimsədiklərini müəyyən etmək məqsədilə sagirdlərlə sual-cavab etdi. Şadirdlərdən Nigar, Fidan, Yusif və başqaları müzakirələrdə daha fəal iştirak edirdilər. Eyni zamanda təlimçi bildirdi kı, onlar növbəti təlimdə Qarabağın fauna-florası və quruculuq işlərindən danışacaqlar.

Tədbirdə foto və video çəkliş oldu.