Dünya 11:20 25.09.2023

Zelenski ABŞ-la birgə silah istehsalına dair: “Tarixi qərardır”

Prezident Vladimir Zelenski ABŞ-ın Ukrayna ilə birgə silah və müdafiə sistemləri istehsal etmək qərarını "tarixi” adlandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, axşam videomüraciətində bildirib.

"Bizim çoxlu yaxşı müdafiə və digər həll yollarımız var. Müdafiə paketləri. ABŞ-dan - bura artilleriya, lazımi mərmilər, Haymarlar üçün raketlər, hava hücumundan müdafiə üçün raketlər, əlavə hava hücumundan müdafiə sistemləri, taktiki maşınlar daxildir. Və bəzi digər növlər. Və bir sıra özünü döyüş meydanında göstərəcək silahlar”, – deyə dövlət başçısı bildirib.

O, həmçinin Kanadanın yarım milyard dollar məbləğində uzunmüddətli müdafiə dəstəyi ilə bağlı qərarını xatırladıb. 

"Xüsusən, bunlar cəbhədə çox ehtiyac duyulan evakuasiya maşınlarıdır. Biz istehsal və tədarük haqqında razılığa gəldik. Amerikanın silah və müdafiə sistemlərinin, o cümlədən hava hücumundan müdafiə sistemlərinin birgə istehsalı ilə bağlı tarixi qərarı var. Bu, tamamilə fantastik olan bir şeydir. Amma bu, reallığa çevriləcək. Biz bunu reallaşdıracağıq”, - deyə Zelenski bildirib.

"Bu, Ukraynanın müdafiə sənayesində yeni və daha güclü keyfiyyətdir. Bu da iqtisadiyyatdır. Şəhərlərimizin mühafizəsi. Müəssisələr, həm xalqlarımız - həm ukraynalılar, həm də amerikalılar üçün yeni iş yerləri. Bizim aydın perspektivimiz var - nəyi artıq razılaşdırmışıq. Bu, Rusiya təcavüzünün təkrarlanmasının qarşısını almaq üçün Ukraynanın yeni gücüdür”, - dövlət başçısı əlavə edib.

Xatırladaq ki, Vladimir Zelenski ABŞ-da olarkən Kiyevin Vaşinqtonla zəruri silahların, xüsusən də hava hücumundan müdafiə sistemlərinin birgə istehsalına dair razılığa gəlindiyini açıqlayıb.

Alpər