Xəbər lenti

Zelenski Azərbaycana təşəkkür etdi
Ölkə18:10 09.11.2023

Zelenski Azərbaycana təşəkkür etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Prezidenti Volodimir Zelenski qış ərəfəsində enerji sahəsində göstərilən yardıma görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, gecə videomüraciətində danışıb.
"Bu gün Azərbaycana təşəkkür etmək istəyirəm. Qış mövsümündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə razılığa gəldiyimiz kimi, enerjimizə də müvafiq yardım var. Başa düşürük ki, bu qışda çətinliklər keçmişdən az olmaya bilər. Hazırlaşırıq. Ukraynanın, insanlarımızın, enerjimizin dəstəyi çox vacibdir", - o qeyd edib.