Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanəsilli komandiri təltif edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Twitter"də yazıb.
Sərəncama əsasən, 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, azərbaycanəsilli ukraynalı zabit, baş leytenant Ağasıyev Kirill Yaşar oğluna "Ukrayna Qəhrəmanı” fəxri adı verilib.