Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında Bakıdan paylaşım edib.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, Zelenski "Instagram” hesabında "Bakı Ekspo Mərkəzi”nin qarşısında üzərində Azərbaycan və Ukrayna bayraqlarının əks olunduğu lövhənin fotosunu paylaşıb.
Zelenski fotonun başlığına "Bakı! Rəsmi səfər. Qeyri-rəsmi foto” sözlərini yazıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkəmizdə rəsmi səfərdədir.
<script async="" src="//www.instagram.com/embed.js">
//