Ölkə 22:21 18.01.2023

Zelenski Brovarıdakı faciə barədə: “Artıq bədbəxt hadisə yoxdur, hamısı savaşın nəticəsidir”

Rusiya ilə Ukrayna arasında müharibə təkcə döyüş meydanında getmir. Bunu nəzərə alaraq, artıq ölkəmizdə qəzalar baş vermir, hamısı bu və ya digər şəkildə işğalçı müharibənin sonucudur.

"Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Davos Dünya İqtisadi Forumunun üçüncü günündə videomüraciət formatında çıxışında bildirib.

"Hesab edirəm ki, bu gün məndə və cəmiyyətdə olan müharibə təcrübəsinə görə, bu, bədbəxt hadis deyil - bu, müharibədir. Müharibə təkcə döyüş meydanında deyil, onun bir neçə yönü var. Artıq qəzalar yoxdur, bütün bunlar müharibənin nəticəsidir”, - dövlət başçısı söyləyib.

O vurğulayıb ki, hər bir ölüm Rusiyanın Ukraynaya qarşı savaşının sonucudur.

Bundan əlavə, onun öz təhlükəsizliyindən narahat olub-olmaması barədə suala isə Prezident belə cavab verib:

"Bu məni narahat etmir”.

Xatırladaq ki, yanvarın 18-də Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası baş verib. Belə ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin helikopteri yerli uşaq bağçasının yaxınlığında qəzaya uğrayıb, nəticədə 1-i uşaq olmaqla 14 nəfər ölüb, 25-i yaralanıb (onlardan 11-i uşaqdır).

Fəlakət sonucunda Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərliyi həlak olub: daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Enin və nazirliyin dövlət katibi.