Xəbər lenti

Dünya 13:22 13.12.2023

Zelenski gözlənilmədən ABŞ-dan Norveçə gəldi

ABŞ-a səfərindən sonra Ukrayna prezidentinin təyyarəsi Norveçin paytaxtına enib. Bu səfər əvvəlcədən elan olunmayıb. Zelenski dekabrın 13-də Osloda keçiriləcək Skandinaviya liderlərinin sammitində iştirak edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Norveç Parlamenti (Storinq) Zelenskinin çıxışını və xüsusən də spikeri Məsud Qaraxani ilə görüşünü açıqlayıb. 

"Zelenskini parlamentdə qəbul etmək böyük şərəfdir. Bu, vəziyyətin ciddiliyini nümayiş etdirir və bizim ümumi demokratik dəyərlərimizdə həmrəy olduğumuzu göstərir. Biz Ukraynadakı müharibəyə, onun uzamnmasına baxmayaraq, daim diqqət yetirməliyik”, deyə Norveç parlamentinin spikeri Məsud Qaraxani X səhifəsində yazıb.

Ukrayna prezidenti həmçinin Norveçin Baş naziri Yonas Qahr Störe və Kral V Haraldla görüş keçirəcək. Bundan başqa, Zelenski ikinci Ukrayna-Şimali Avropa sammitində iştirak edəcək. Orada İsveç, Danimarka, Finlandiya və İslandiya liderləri olacaq. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->