Xəbər lenti

Zelenski Trampla danışıqları erkən tərk edib
Ölkə23:45 28.02.2025

Zelenski Trampla danışıqları erkən tərk edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla gərgin danışıqlardan sonra Oval kabineti erkən tərk edib.

Report xəbər verir ki, bu barədə "Reuters” Ağ evin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ukraynanın dövlət başçısı ABŞ-dən olan həmkarı ilə işgüzar nahar etməli idi və hər iki lider birgə mətbuat konfransı zamanı minerallar üzrə saziş imzalamağa hazırlaşırdılar.

Lakin Zelenskinin zirehli yolsuzluq avtomobili Trampın "Truth Social”dakı paylaşımından bir neçə dəqiqə sonra qəfildən Ağ evin Qərb Qanadının qapısına yaxınlaşıb.

Agentlik qeyd edib ki, hazırda danışıqların qrafikində heç bir dəyişiklik olmayıb.