Cümə axşamı, iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Avropa liderlərinin əksəriyyəti iştirakını təsdiqləyib, lakin Ukrayna prezidenti Volodimir Zelenskinin görüşdə iştirak edib-etməyəcəyi hələ məlum deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə NewsMaker məlumat
yayıb.
Moldovanın daxili işlər naziri Anna Revenko bildirib ki, Ukrayna prezidentinin sammitdə mümkün iştirakı ilə bağlı məlumat açıqlanmır.
"Bu məlumat cənab Zelenskinin birbaşa təhlükəsizliyi üçün məxfi saxlanılmalıdır. Biz bu tələbə hörmətlə yanaşırıq”, - deyə o bildirib.
Nizami Bağırov
Şərhlər