Xəbər lenti

Zəlimxan Yaqub xəstəxanaya yerləşdirildi - YENİLƏNİB
Ölkə06:42 03.04.2014

Zəlimxan Yaqub xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun bu gün səhər saatlarında səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

Bu barədə AzVision.az-a açıqlamasında Z.Yaqubun qızı Günay Yaqubova məlumat verib.

“Bayaqdan zənglər gəlir ki, atamın səhhəti pisləşib. Yalan söhbətdir. Atam dializə gedib, saat birin yarısı üçün evə qayıtmalıdır. Səhhəti qaydasındadır, işə gedib-gəlir. Bir həftədir ki, Almaniyadan qayıdıb, müayinə üçün yenə gedəcək, amma nə vaxt getməyi hələki məlum deyil”. 

Qeyd edək ki, publika.az-ın məlumatına görə, Xalq şairi Zəlimxan Yaqub bu səhər xəstəxanaya yerləşdirilib. Şairin vəziyyəti kəskin pisləşdiyi üçün onu Klinik Tibbi Mərkəzə aparıblar.

***

Xalq şairi Zəlimxan Yaqub bu səhər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, şairin vəziyyəti kəskin pisləşdiyi üçün onu Klinik Tibbi Mərkəzə aparıblar.

Hazırda Zəlimxan Yaqub həmin xəstəxanadadır.

Şairin qızı Günay Yaqubova xəbəri təsdiqlədi. O atasının həkim nəzarəti olduğunu deyib ("Publika.az").