
Dünən ölkə ərazisində baş verən zəlzələ müxtəlif rayonlarda dağıntılara səbəb olub.
Qaynar.info xəbər verir ki, yeraltı təkanın yaratdığı problemlər, İmişlidən də yan keçməyib. İmişlinin Qızılkənd kənd sakininin redaksiyamıza göndərdiyi çəkilişdən də bunu görmək mümkündür. Kənd sakini zəlzələnin onların yaşadığı evi tamamilə yararsız hala saldığını, evə daxil olmağın mümkünsüz olduğunu bildirir. Sakin eyni zamanda, müvafiq qurumlardan kömək istəyir. 5 uşaqla küçədə qalan sakin, hələlik onlarla heç bir qurumun maraqlanmadığını da bildirir.
Qaynar.info



