
Bu gün baş vermiş güclü zəlzələ Şəkinin qədim qala divarlarına da ciddi ziyan vurub.
Regional “Kanal S” telekanalının verdiyi xəbərə görə, yeraltı təkanlar nəticəsində qala divarlarında çatlar əmələ gəlib, divarın bəzi hissələrindən daşlar qoparaq düşüb.
“Yuxarıbaş” Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Muradova deyib ki, zəlzələ Şəkinin digər tarixi abidələrinə ziyan vurmayıb: “Şəkinin məşhur Xan sarayına, eləcə də digər tarixi abidələrə zərər dəyməyib”.
Qaynar.info