Zəncəfil və

Zəncəfil və "Arbidol" koronavirusu məhv edir? - Professordan cavab

Dünyanin hər bir yerində alimlər, səhiyyə işçiləri koronavirusun qarşısını almaq üçün araşdırmalar apardığı vaxtda rus həkimlər bu virusdan sağalmağın sadə üsullarını məsləhət görüblər. 

Biri zəncəfilin faydalı olduğunu, digəri "Arbidol" preparatının effektli olduğunu bildirir. 

Bəs həqiqətən də bunlardan istifadə etsək, insanları ölümə aparan bu epidemiyadan yan ötə bilərikmi?
 


Məsələni araşdırmaq üçün tibb elmləri doktoru Adil Qeybulla ilə əlaqə saxladıq. Professor Qaynarinfo-ya açıqlamasında zəncəfil və "Arbidol" preparatının koronavirusa qarşı mübarizədə faydalı olub-olmadığına aydınlıq gətirdi. 
 
"Çox qiymətli bitki olan zəncəfil immun sistemini möhkəmləndirir, ancaq koronavirus əleyhinə dərman kimi qəbul oluna bilməz. Sadəcə, immun sistemini möhkəmlədən dərman kimi istifadə oluna bilər. "Arbidol" preparatına gəlincə isə, bildiyiniz kimi, koronavirus mövsümü soyuqdəymə xəstəliyi törədən viruslardır. Sadəcə olaraq onun builki ştamı çox aqressiv və mutasiyaya uğramış olduğu üçün belə bir pandemiya törədib. Həmin preparatın koronavirusun bu ştamına dəxli yoxdur. Hazırda bütün dünyada bunun üstündə iş gedir. O dərman təsirli olsa, elə ondan istifadə olunardı". 
 


Həkim virusdan qorunmaq üçün evdən bayıra çıxmayan insanlara da öz məsləhətlərini verdi: "Evdə oturanlar yağlı qidaları azaldıb, meyvə tərəvəzi çox yeyib, idmanla məşğul olmalıdır. Tez-tez havanı dəyişib, aktiv olmaq lazımdır. Hələ ki evdən çıxmağa izin var. İnsanlarla arasında 2 metr məsafə saxlayaraq gəzişmək olar.
 
Ancaq bütün dünya təcrübəsi göstərir ki, bu xəstəliyi lokallaşdırmağın yolu təmasların məhdudlaşdırılmasından keçir. Məsələn, koronavirusa yoluxmuş şəxslə təmasda olan biri virusa yoluxacaq və xəbəri olmadan gəlib ailə üzvlərinə də yoluxduracaq. Çünki yoluxduğunu dərhal bilmək olmur. Xəstəlik 2 həftə müddətində özünü göstərir. Qızdırma koronavirusun sonunda olur. İlkin əlamətləri isə nəfəsdarlığı və quru öskürəkdir. Mühüm olan insanlarla təmasdan uzaq olmaqdır. Təmas nə qədər az olsa, xəstəlik o qədər tez məhdudlaşacaq".  

Röya Kərimli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR