Xəbər lenti

Zəncirvari qəza: yaralılar var
Ölkə10:20 31.03.2013

Zəncirvari qəza: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şirvan-Salyan avtomabil yolunda zəncirvari qəza baş verib. Məlumata görə, ötən gecə baş verən zəncirvari qəzada  Salyanın Qarabağlı kənd sakini, 1984-cü il təvəllüdlü  Əzimov Əşrəf Ruslan oğlu idarə etdiyi BMW markalı 90 DH 388 dövlət nömrə nişanlı avtomabillə rayonun Qaraçala kənd sakini, 1968-ci il təvəllüdlü Quliyev Pirverdi Məti oğlunun idarə etdiyi, Şirvan şəhəri istiqamətində hərəkət edən VAZ 21099 markalı 18 BF 350 dövlət nömrə nişanlı maşını arxadan vurub.  

Zərbədən bu maşın Kürsəngi kənd sakini, 1968-ci il təvəllüdlü Rəhimov Nahid Əvəz oğlunun idarə etdiyi VAZ 2107 markalı 90 KS 986 nömrəli avtomabilə çırpılıb.

BMW-nin sürücüsü Əzimov Əşrəf hadisə yerindən uzaqlaşan zaman yoldan çıxaraq, elektrik dirəyinə dəyərək aşıb. Nəticədə sürücü ağır kəllə-beyin travması alaraq Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan xəstə gecə Bakıdakı xəstəxanalardan birinə aparılıb.