Xəbər lenti

Zəngəzur ünvanlı şəhid məzarları
Ölkə13:32 18.05.2018

Zəngəzur ünvanlı şəhid məzarları

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qədim Azərbaycan ərazilərinin sərhədləri hüdudunda Zəngəzur qəzasının tərkibində 1918-1920-ci illərdə, həmçinin indiki Zəngilan, Qubadlı, Kəlbəcər və laçın rayonlarının da inzibati-ərazi bölgüləri daxil idi. Bu rayonların qonşu Gorus, Qafan və Qarakilsə (1940-cı ildən Sisian adlandırılıb) şəhərlərinə aid kəndləri ilə  yaxın olan bir çox yaşayış məntəqələrinin dinc sakinləri təpədən-dırnağadək silahlanmış hay daşnak quldurları tərəfindən qırğınlara, soyqırım faciələrinə məruz qalıb.
1918-ci ilin ortalarında general Musa Kazım Qarabəkirin (1882-1948) başçılıq etdiyi IV Ordunun və I Qafqaz Ordusunun əsgərləri Naxçıvanın və Zəngəzurun hay qulduru A.Ozanyanın daşnak silahlılarından təmizlənməsində və əzəli türk torpaqlarının düşməndən azad edilməsində yerli özünü müdafiə dəstələrinin igid döyüşçüləri ilə birlikdə qəhrəmanlıqlar göstəriblıər. Nə acı ki, bu döyüşlər bizim üçün itkisiz olmayıb. 
Zəngilan rayonunun Keçikli kəndinin Əsgülüm dağının ətəyində yerləşən qəbirstanlığında adı və soyadı naməlum olan bir şəhid türk döyüşçüsünün məzarı "Seyid qəbri” adı ilə el ziyarətgahına çevrilib.
Rayonunun İskəndərbəyli kəndinin yaxınlığında olan adsız yüksəklikdə (sonralar həmin yer "Səngər yalı” adlanıb) türk-milli döyüşçülərin keşikçi məntəqələrinin yerində "Şəhid Məhmətcik” adı ilə şəhid olanların dəfn edildiyi qəbirstanlıq salınıb.
Keçmiş Zəngəzur qəzasında qanlı döyüşlərdən biri də rayonun Yeməzli kənd inzibati ərazi dairəsində  baş verib ki, Aşağı Yeməzli kəndində məcburi köçkün düşmüş dinc əhalinin kütləvi məzarlığı aşkar edilib və Orta Yeməzli kəndində isə 200-ə qədər Şəhid türk əskərlərinin dəfn olunduğu "Şəhid Məmməd” qəbirstanlığı salınıb.
 
Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin müəllimi