Zərdab sakini öz ideyası əsasında kombi hazırlayıb.
Qaynarinfo-nun Xezerxeber.az-a istinadən məlumatına görə, kombi həm çox az qaz sərf edir, həm də suyu tez qızdırır.
Zərdab rayon sakini 62 yaşlı İsa Məmmədov ixtisasca qaynaqçıdır. O, qənaətlə işləyən kombini düzəltmək üçün 4 il vaxt sərf edib. Hazırladığı kombidə mis boru və dəmirlərdən istifadə edib.
Usta ilk əl işini əvvəlcə öz evində sınaqdan keçirib.
Onun hazırladığı kombi ay ərzində 8-10 manat arasında qaz yandırır. Aparat elə quraşdırılıb ki, isitmə sahəsi böyüdükcə güc düşmədən çalışır.
İsa Məmmədov düzəltdiyi cihaza 400 manata qədər vəsait sərf edib. İndi onu daha da təkmilləşdirmək istəyir.