Xəbər lenti

Zərər çəkmiş sahibkarlara ayrılan vəsaitin maliyyələşməsi təmin olundu
Ölkə14:38 29.03.2019

Zərər çəkmiş sahibkarlara ayrılan vəsaitin maliyyələşməsi təmin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yanğından zərər çəkmiş sahibkarlara ayrılan vəsaitin maliyyələşməsi təmin edilib.
Qaynarinfo AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev deyib.
O qeyd edib ki, Bakının Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 mart tarixli Sərəncamında verilmiş tapşırığın icrası olaraq elə bu gün Maliyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə 3 milyon manatın ayrılması təmin olunub.