
Mətbuat Şurası “Zerkalo” qəzetinin düşdüyü ağır vəziyyətə biganə qaldığı üçün o qurumun üzvlüyündən çıxmaqla bağlı qərara gəlmişəm.
Qaynar.info xəbər verir ki, bunu APA-ya açıqlamasında “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib.
O bildirib ki, bununla bağlı Mətbuat Şurasına bir həftədir ərizə verilib:
“Mətbuat Şurasından hələ ki, cavab yoxdur, amma hər halda mən bu qərarı vermişəm. Mətbuat Şurasının cavabına o qədər də ehtiyac yoxdur, çünki qərar mənimdir”.
Qeyd edək ki, “Zerkalo” qəzeti 2003-cü ilin martında təsis edilmiş Mətbuat Şurasının təsisçilərinin ilk sıralarında idi.
Qaynar.info