
Son günlər cəbhədə vəziyyətin yenidən gərginləşməsilə bağlı xəbərlər eşidilməkdədir.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu gün Parisdə keçiriləcək görüşü ərəfəsində ermənilərin təxribat törətməsi bir sıra suallar doğurur.
Cəbhədə baş verənləri şərh edən Üzeyir Cəfərov Teleqraf.com-a bildirib ki, cəbhədə insan itkilərilə müşahidə olunan qarşılıqlı atışma halları müvəqqəti xarakter daşıyır və daha çox daxildə qorxu hislərinin yaradılmasına hesablanıb.
"Açıq və aktiv döyüş əməliyyatları tərəflərə sərf etmir. Vəziyyətin gərgin olaraq saxlanılması bəzi qüvvələrin maraqlarına uyğundur. Çalışırlar ki, tərəfləri danışıq masası arxasında otuzdurub, hansısa güzəştli şərtlərə razı salsınlar. Bir sözlə, böyük dövlətlər Ermənistandan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Hərbçilərimiz təxribatın qurbanı olurlar. Müdafiə Nazirliyi cəbhədəki gərginliyi nəzərə alıb müdafiə sistemini, döyüşə hazırlığı gücləndirməlidir. Zabit və əsgərlərin ehtiyatsızlığı onların həyatı bahasına başa gəlir".
Qaynar.info