Sumqayıt Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.
Qaynarinfo xəbər verir ki, idman qurğusu Azərbaycanın məşhur şahmatçısı Zeynəb Məmmədyarova həvalə edilib.
39 yaşlı qrossmeyster bu postda iki aya yaxındır vəzifəsini tərk edən Natiq Əliyevi əvəzləyib. N.Əliyevin müavini olan Bəylər Mirzəyev isə Kürdəxanı Olimpiya Kompleksinin direktoru vəzifəsinə təyinat alıb.