Xəbər lenti

Zeynəb Xanlarova Erkin Qədirlini həbsdən azad etdirib
Ölkə05:00 12.04.2013

Zeynəb Xanlarova Erkin Qədirlini həbsdən azad etdirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın görkəmli sənətkarı, millət vəkili Zeynəb Xanlarovanın gənclərin Bakıda keçirdiyi aksiyada tutulan REAL hərəkatının üzvü Erkin Qədirlinin həbsdən azad etdiyi məlum olub. Modern.az-ın məlumatına görə, bu barədə E.Qədirli özü məlumat verib.

Gənclərin keçirdiyi son aksiyada həbs olunan REAL üzvü Zeynəb Xanlarovanın zəngindən sonra sərbəst buraxıldığını bildirib.

“Zeynəb Xanlarova ilə şəxsən tanış deyiləm. Burada yazdıqlarımı da paylaşmaq istəmirdim. Necə sübut edə bilərdim, axı? Heç özümə də uzun müddət inandırıcı gəlmirdi. Amma çevrənin bir sıra adamları ilə danışandan sonra, mənə bunun doğru ola biləcəyini dedilər. Bu gün, Tale Bağırzadənin həbsi ilə bağlı Zeynəb Xanlarovanın söylədiklərini görəndən sonra, paylaşmaq istədim.

Son mitinqdə bizi tutub, Yasamal Polis İdarəsinə aparmışdılar. Orada olanların bəziləri bunu bilir. 4 saat saxlanılandan sonra, İdarə rəisi məni otağına çağırtdırır. Girdim otağa. Başda polkovnik oturub, digər rütbəli zabitlər də var idi (4-5 nəfər). Rəis mənə dedi:

 "Erkin Qədirli Sizsiniz? Zeynəb xanım dedi ki, Erkin Qədirlinin həbsi respublikamıza ayıbdır. Sən demə, Zeynəb Xanlarova Yasamal rəisinə zəng edib, bunu deyibmiş”-deyə E.Qədirli bildirib.

Qaynar.info