Xəbər lenti

Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsi dalana dirənib - Hökm yenə oxunmadı
Ölkə10:46 16.04.2022

Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsi dalana dirənib - Hökm yenə oxunmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi uzanır.
Qaynarinfo xəbər verir ki, Daşqın Nəsirov və digərlərinin məhkəmə istintaqı başa çatıb, dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayev hökm çıxarmağa tələsmir. Artıq 4-cü dəfədir ki, proses təxirə salınır. Bu isə zərərçəkənlərin narazılığına səbəb olub. 
Məlumat üçün deyək ki, dövlət ittihamçısı Daşqın Nəsirovun 6, onun ortaqları Çingiz Səfərovun 5 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayevin 4 il, Eldar Mirzəyev və Zəfər Abdulovun isə 4 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror çıxışında qeyd edib ki, polisin nəzarəti altında olan Daşqın Nəsirov və ev dustaqlığına buraxılmış Eldar Mirzəyevlə Zəfər Abdulov məhkəmə zalında həbs edilməlidirlər.
Təqsirləndirilən şəxslər - Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə Rahil Babayev, Mehman Ağayev, Zəfər Abdulov və Eldar Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə mühakimə olunur. 
Barəsində axtarış elan edilmiş Mehman Ağayev və Qərib Nadirov haqqında cinayət işi ayrıca icraata verilib, hazırda Baş Prokurorluğun İstintaq idarəsində iş üzrə istintaq davam etdirilir.
Seyid