
Bu il Azərbaycanda keçiriləcək ““Bakı 2017” İslam Həmrəyliyi Oyunları”nın səfiri bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, şeyx Səid Əl Məktum 4-cü İslam Həmrəylik Oyunlarının fəxri səfiri seçilib. Bu barədə şeyxin azərbaycanlı xanımı, tanınmış bədii gimnast, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı öz feysbuk hesabında yazıb.
O, qeyd edib ki, şeyx bu proqrama töhvə verəcəyi üçün xoşbəxtdi və sözügedən tədbirlərin gənclərin gələcək fəaliyyətində vacib mərhələ olacağına inanır.
Qaynarinfo.Az



