Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Qaynarinfo xəbər verir ki, ilk oyun gününün birinci matçında "Səbail” doğma meydanda "Zirə”ni qəbul edib.
Evdə 1:0 hesabı ilə qalib gələn Samir Abasovun komandası Premyer Liqadakı uğursuz ilk yarını kubokun yarımfinalına vəsiqə ilə sığortalamaq üçün lazım olan qələbəni qazana bilib. Hesab 3-cü dəqiqədə açılıb və Adrian Skarlatakenin avtoqol "Səbail"i sevindiri. "Zirə" ilk yarının son saniyələrində Adil Nağıyevin qolu ilə bərabərliyi təmin edib. 63-cü dəqiqədə Pərdis Fərcad-Azad, 10 dəqiqə sonra Adil Nağıyev yenidən fərqlənərək fərqi artırıb. "Səbail" 83-cü dəqiqədə Ruslan Qurbanovun qoluna sevinsə də, nundan arığına gücü çatmayıb. Bununla da "Zirə" yarımfinala vəsiqə qazanan ilk komanda olub.