
Bir müddət əvvəl İtaliyanın Prodeo universitetinin fəxri doktoru adını almış, Rusiyada yaşayan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev indi də Avropa Səhiyyə Asossiasiyasının fəxri professoru seçildi.
Qaynar.info Yenises.ru-ya istinadən xəbər verir ki, tanınmış ekstrasensə fəxri professor diplomu Moskvanın "İzmaylov" otelində keçirilən mərasimdə təqdim edildi. Avropanın bir sıra tanınmış alimlərinin də iştirak etdiyi tədbirdə Zirəddin Rzayevin insanlara göstərdiyi psixoloji və humanitar yardımlara, o cümlədən psixologiya sahəsində parapsixologiyanın elmi inkişafındakı roluna görə bu yüksək ali ada layiq görüldüyü bildirildi.
Dörd ali təhsili olan Zirəddin Rzayev Moskva Dövlət Universitetinin fəlfəsə fakültəsinin məzunudur.
Onu da qeyd edək ki, Zirəddin Rzayevə asossiasiyanın fəxri professoru adı Avropa Səhiyyə Asossiasiyasının elmi şurasının uzun sürən müzakirəsindən sonra verilib.
Qaynar.info