Xəbər lenti

Ziya Bünyadovun öldürülməsinin yeni versiyası… - VİDEO
Ölkə17:40 20.12.2013

Ziya Bünyadovun öldürülməsinin yeni versiyası… - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ans Press TV-nin qonağı tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov görkəmli tarixçi haqqında maraqlı faktları açıqlayıb
Azərbaycan  Ans Press TV-nin bu günkü qonağı tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Şərqşünaslıq İnstitutunun ərəb tarixi şöbəsinin müdiri, Xəzər Universitetinin prorektoru Fərda Əsədov olub. Söhbət Azərbaycanın unudulmaz oğlu, ictimai xadim, görkəmli tarixçi, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun doğum gününə həsr edilib. 
Akademikin yetirməsi olan Fərda Əsədovun sözlərinə görə, Ziya Bünyadov Azərbaycan tarix elmində ilk dəfə olaraq mənbələrin sistemli öyrənilməsi praktikasının əsasını qoyub. Həmçinin onu dünya albanistikasının da banisi saymaq olar. Mərhum akademik həm də Azərbaycanda türklərin ərəb işğallarından xeyli əvvəl yaşadığını da ortaya çıxarıb ki, bunlar bəzi qonşu ölkələrin, xüsusilə də ermənilərin tarixçilərinin xoşuna gəlməyib. 
Söhbət zamanı Fərda Əsədov həm də Ziya Bünyadovun öldürülməsi ilə bağlı açıqlanan versiyaya da toxunub. Onun sözlərinə görə, Qurani-Kərimi və bir çox islami ədəbiyyatları dilimizə tərcümə etmiş akademikin hansısa islamçı qruplaşma tərəfindən öldürüldüyünə inanmır… 
Verilişin tam mətni video formatda: