Xəbər lenti

Ziya Məmmədov millət vəkilinin oğluna yüksək vəzifə verdi
Ölkə10:00 03.04.2015

Ziya Məmmədov millət vəkilinin oğluna yüksək vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də yeni təyinatlar olub. 
Qurumun mətbuat katibliyindən verilən məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə "Azəryolservis" ASC-nin Avtomobil yollarının istismarı və reklam MMC-nin rəisi Əvəz Qocayev "Azəryolservis" ASC sədrinin müavini - Avtomobil yollarının istismarı idarəsinin rəisi, 1 saylı Layihə idarəetmə qrupunun direktoru Şaiq Məmmədov "Azəryolservis" ASC sədrinin iqtisadi məsələlər üzrə müavini, 4 saylı Layihə idarəetmə qrupunun direktoru Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC sədrinin müavini - İnvestisiya idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, Cəmil Rüstəmxanlı VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının oğludur. O, Z. Məmmədovun qardaşının qızı ilə ailə həyatı qurub.
Qaynar.info