
“London taksiləri” kimi tanınan bənövşəyi taksilərdəgündəlik planın 28 manatdan 34 manata qaldırılması taksi sürücülərininetirazına səbəb olub. Qaynar.info xəbər verir ki, bu barədəAzVision.az-ın müxbiri ilə söhbət edən sürücü İlham Quliyev bildirib ki,qoyulan planı vaxtında verə bilmirlər. Sürücülər çarəsiz vəziyyətdəqaldıqlarını dilə gətirirlər.
“Bizə məcburi şəkildə növbə iləişləməyi təklif edirlər. Belə ki, əgər 12 saat işləyiriksə 17 manat, yoxtək işləyirsənsə 34 manat gündəlik pul verməliyik. Planı 28 manatdan 34manata qaldırdılar.
12 saat işləmək də bizə sərf etmir. Artıq bu həftənin birinci günündən bu qayda başlayıb. Bunu “Bakı Taksi Şirkəti MMC” edir.
Sərnişinləridə əvvəlcədən neçəyə aparırdıqsa elə də qalır. Həmçinin yanacağınqiyməti də qalxdı. Bu da bir ziyan vurdu ki, yanacağa əlavə pul veririk.Çünki sərnişindən aldığımız pul dəyişməyib. Ona görə də bu əlavəxərcləri cibimizdən veririk”.
Sürücülərin sözlərinə görə, qiymətin qalxmasına səbəb kimi iş saatının azaldılmasını göstərirlər.
“Qiymətinqalxmasını bununla əsaslandırırlar ki, guya bizim qeydimizə qalırlar,çox işləmiyək, 12 saat olsun. Bu da alınmır. Elə olur ki, günün yarısıolub, sən hələ müştəri götürməmisən. Belə olan halda mən həmin veiləcəkpulu necə çıxardım?. Özümüzə götürdüyümüz pul cəhənnəm, heç olmasa planıverə bilərdik. Özünüz də bilirsiniz ki, bu saat sərnişin axını yoxdur,çox adam hava ilə bağlı ya piyada getməyə üstünlük verir, ya da ki,istirahət mərkəzlərində olurlar”.

Müsahibim deyir ki, günə nə qədər qazandıqları əvvəlcədən bəlli olmur. Onlarda stabillik deyilən bir şey yoxdur.
“Elola bilər ki, 10 manata işləyərsən, elə də olar ki, 50 manatqazanarsan, gün ərzində. Hər gün minimum 12 manat verib 20 litr benzinalırıq. Bizim özümüzün də bir tikə çörək yeməyimiz, siqaretimiz filanvar, gəlib planla birlikdə 60 manata çıxır. 60 manatı çıxardıqdan sonra,gərək biz evə pul aparmaq üçün nəsə qazanaq.
Etiraz edəndə dədeyirlər ki, “xoşuna gəlirsə işlə, xoşuna gəlmirsə təhvil ver get”.İşləyirik görək necə olur. Sonra baxarıq , sərf etməyəcək başımıza birçarə qılacağıq. Haradasa planı aşağı başqa taksi olarsa, gedib oradaişləyərik. Sadəcə olaraq indi “London taksiləri”nə üstünlük verirlərdeyə burada ilişib qalmışıq”.
İlham Quliyev vəziyyətdən çıxış üçün şirkətə təkliflər etdiklərini də deyiblər.

“Dərdimizisoruşan olarsa, çıxış yolunu deyərik. Biz o zaman 17 manata işləməyərazı olarıq ki, qaydalar sovetin vaxtında olduğu kimi olsun. Məsələn,qarajda rezerv sürücü (ehtiyat) olmalıdır. Digər tərəfdən əgər maşıntəmirə gedibsə, təmirdə olduğu müddəti plana salmamalıdırlar. Bir də ki,növbə dəyişmək də qarajda olmamalıdır.
Deyirlər, xəstəsən, xeyir-şərin var, onun mənə dəxli yoxdur. Maşın tutaq ki, iki gün təmirdəqalsın , onun da bizdən planını alırlar.
Tutaqki, növbəsi olan sürücü xəsətələnib, niyə o havayı plan ödəməlidir, qoyehtiyat sürücü onun yerinə işləsin. Niyə axı təmirə gedən 3 saatı mənim12 saatımdan çıxmalıdırlar. Biz heç maaş da almırıq. Ancaq 6 manatHəmkarlar Təşkilatına pul veririk. Görmüşük ki, maaş alasan ki,həmkarlara oradan pul çıxa da . Təzə-təzə 5-6 ay maaş verdilər, sonradandayandırdılar. Təsəvvür edin ki, tezdən durmuşuq burada , hələ növbəgözləyirik ki, sərnişinləri götürək. Hələ baxır hara gedəcəklər, nəqədər pul yazacaq”.

Sürücü həmçinin, onlara satılan koftalardan və onların qiymətlərindən də şikayət etdi.
“Həttabizə 10 manata koftalar satıblar. Amma onlar elə materiallardan olurki, yayın istisində geyinmək olmur. 3 manatlıq koftanı 10 manatasatmaqları bəs deyil, hələ 10 manatlıq da cərimə yazırlar onlarıgeyinməyəndə.
Hətta bizim maşınımıza minən millət vəkilləri deyilər ki, inanmırıq, ola bilməz ki, sizə maaş verməsinlər.
“Eurovision”müsabiqəsindən sonra müqavilə bağladılar, biz icarədar olduq. Amma təzəaçılanda əməlli başlı maaş verirdilər. Əmək kitabçalarımızı da özümüzəgeri qaytardılar. 60 yaxın yaşım var , neyləməliyəm ki təzədən? Bankakreditlərim var, ailə saxlamalıyam. 100 yerə qol çəkdirilər. Biz Allahbilir nə çəkirik.
Maşınların təmiri, texnikitəchizatı şirkət tərfindən həyata keçirilməlidir. Ancaq gedirsən texnikiavadanlıq yoxdursa, vəssalam, bunun da onlara dəxli yoxdur. Deyiryoxdur, özün bilərsən. Məcbur olub, özümüz bir şey fikirləşirik.

”Eurovision”da 1000-dən çox maşın gətirdilər. Ancaq 506-nömrəli maşına kimi “Londontaksiləri”nin qeydiyyatı var. Ondan sonra gələn maşınların hamısınıgömrük aparıb Lökbatandakı cərimə meydançasına qoyur. 506-nömrəsindənsonra kim sürürsə bilin ki, qorxa- qorxa və bunu gizlin edir”.
Qaynar.info