"Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm"Xəbərverildiyi kimi bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamıilə Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyibirləşdirilərək, onların əsasında Nəqliyyat, Rabitə və YüksəkTexnologiyalar Nazirliyi yaradılacaq.
Prezidentiİlham Əliyevin digər sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə nəqliyyat,rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Nazir kreslosunu itirən Ziya Məmmədovun sonrakı taleyi isə açıq qalıb.
Nazirmusavat.com-a açıqlamasında deyib ki, bu mövzunu hələlik şərh etməkistəmir: "Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heçözüm də bilmirəm ki, nolacaq, necə olacaq". Sabiq nazir "indən sonrahansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı" sualınabelə cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki.Bu işlər mənim səlahiyyətimdə deyil".
Qaynarinfo.Az-ınbu dəqiqələrdə əldə etdiyi məlumata görə, yaxın günlərdə Ziya Məmmədovda yeni təyinat alacaq. Onun Baş nazirin müavini vəzifəsinə təyinediləcəyi və nəqliyyat məsələləri üzrə məsul olacağı bildirilir.
Qaynarinfo.Az