
Paytaxtda avtomobillərin saxlanılması (parkinq) məsələlərinin yerli icra hakimiyyətlərinə verilməsi nəzərdə tutulur.
Bununla bağlı müvafiq mexanizm hazırlanır.
Qaynar.info simsar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.
O bildirib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ətraflı məlumat veriləcək.
Qaynar.info